“Yəmən aclığın bir addımlığındadır”

Yəməndə məcburi köçkünlər

-

BMT-nin Yəmən üzrə xüsusi elçisi iyunun 24-də xəbərdarlıq edib ki, müharibənin darmadağın etdiyi ölkə “aclığın bir addımlığındadır”. 31 milyon adamın humanitar yardıma ehtiyacı var. İki il öncə bu rəqəm 7 milyon idi.

Ismail Ould Cheikh Ahmed deyib ki, bu ən yoxsul ərəb ölkəsində münaqişə gərginləşdikcə humanitar böhran da dərinləşib və bütün tərəflər məsuliyyət daşıyır.

Yəməndə keçmiş prezident Ali Abdullah Saleh-ə sadiq husi yaraqlıları hazırda Səudiyyə Ərəbistanında sürgündə olan prezident Abed Rabbo Mansour Hadi-ni dəstəkləyənlərə qarşı vuruşur. Yaraqlılar sentyabrda paytaxt Sanaa-nı tutub. Martda Səudiyyə koalisiyası yaraqlılara zərbə endirməyə başlayıb.

Münaqişə nəticəsində 20 milyon yəmənli təhlükəsiz içməli suya həsrət qalıb, bir milyondan çox insanın evi dağılıb.

Yəmənin limanlarının blokadaya alınması humanitar yardımın çatdırılmasını çətinləşdirib. Beynəlxalq Qızıl Xaç Komitəsi bildirib ki, min ton ərzaq daşıyan gəmi Yəmənin Hodeida limanına yan alıb.