Etirazçılar baş nazirin çağırışına məhəl qoymur

Yerevanda Bagramian prospektində aksiya keçirənlər bildirirlər ki, baş nazir Ovik Abramianın çağırışı onlar üçün "heç nədir". Bunu "Talana Yox" layihəsinin üzvü Shushanian AzadlıqRadiosunun erməni xidmətinə deyib.

Baş nazir küçəni boşaltmağa çağırırdı. O, işığın qiyməti aratndan sonra 400 min adama sosial yardım da təklif edir. Yerevanda hazırda 10 minə yaxın adam etiraz aksiyasınada iştirak edir.