“ABŞ İrana insan haqları sanksiyalarını saxlayacaq”

Tom Malinowski

ABŞ Dövlət Departamenti bildirir ki, Tehranla altı dövlət arasında istənilən nüvə sazişindən asılı olmayaraq İrana insan haqları pozuntularına görə sanksiyalar qalacaq

-

ABŞ Dövlət Departamenti bildirir ki, Tehranla altı dövlət arasında istənilən nüvə sazişindən asılı olmayaraq İrana insan haqları pozuntularına görə sanksiyalar qalacaq.

Bunu ABŞ Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Tom Malinowski iyunun 25-də Vaşinqtonda İnsan Haqları 2014 hesabatını təqdim edərkən deyib.

Malinowski həmin hesabatın aparıcı müəllifidir. Onun sözlərinə görə, “İranla nüvə danışıqlarının nəticəsindən asılı olmayaraq, İranda insan haqlarını müdafiədən əl çəkən deyilik. Nüvə sazişinə görə hər hansı sanksiya qaldırılsa belə, insan haqları sanksiyaları qüvvədə qalacaq”.

Malinowski deyib ki, Vaşinqton əvvəlki illərlə müqayisədə İranda insan haqlarının durumunda “əhəmiyyətli irəliləyiş” görməyib.