Avropa liderlərindən Yunanıstan xəbərdarlığı

BVF rəhbəri Christine Lagarde (solda)Yunanıstanın maliyyə naziri Yanis Varoufakis ilə, 25 iyun, 2015-ci il

Almaniya və Fransa liderləri Yunanıstana xəbərdarlıq edir ki, defoltdan qaçmaq və avrozonadan mümkün çıxışı əngəlləmək üçün iyunun 27-də “həlledici” danışıqlarda borc sazişi əldə olunmalıdır

-

Almaniya və Fransa liderləri Yunanıstana xəbərdarlıq edir ki, defoltdan qaçmaq və avrozonadan mümkün çıxışı əngəlləmək üçün iyunun 27-də “həlledici” danışıqlarda borc sazişi əldə olunmalıdır.

Angela Merkel və Francois Hollande bunu iyunun 25-də bəyan ediblər. Həmin gün avrozona maliyyə nazirlərinin daha bir görüşü razılaşmasız bitib.

“İşləməyə davam etməliyik, vaxt gedir və Avroqrupun şənbə günü görüşü həlledici əhəmiyyətə malikdir,” Merkel Brüsseldə Avropa Birliyi sammitindən sonra deyib.

“Liderlərin hamısı bu ideyanı dəstəkləyir ki, şənbə günü həll yolunun tapılması üçün hər şey edilməlidir”.

Yunanıstanın solçu hökuməti pensiya, əmək və vergi islahatlarından imtina edir. Bu tələbləri AB və Beynəlxalq Valyuta Fondu 1.5 milyard avroluq borcun əvəzində tələb edir.