Boksçudan 47-ci medal

Foto illüstrasiya

-

İyunun 26-da I Avropa Oyunlarında boks üzrə qadınların mübarizəsində Yana Alekseevna Azərbaycana bürünc medal qazandırıb.

60 kiloqramda çıxış edən Yana Alekseevna yarımfinalda Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Katie Taylor-a (İrlandiya) məğlub olduğundan finala yüksəlmək şansını əldən verib.

Onun qazandığı bu gümüş mükafat Azərbaycanın adına 47-ci medalı yazdırıb. Bunlardan 15-qızıl, 13 gümüş, 19 –u isə bürüncdür.