-
I Avropa Oyunlarında Azərbaycanın finala yüksələn boksçularından sonuncusu Xaybula Musalov gümüş medal qazanıb.
75 kiloqramda çıxış edən Azərbaycan boksçusu finalda irlandiyalı Michael O'Reilly-yə məğlub olub.
Yada salaq ki, iyunun 27-də finala yüksələn 4 Azərbaycan boksçusundan 3-ü qızıl, biri isə gümüş medal qazandı.
Hələ ki, Avropa Oyunlarında Azərbaycanın 21 qızıl, 15 gümüş, 20 bürünc medalı var.