Gələcək Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq

Patrick Hickey

-

Dörd ildən bir keçiriləcək Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq. Atəşgahda alovlandırılacaq məşəl Avropa Oyunlarının keçiriləcəyi ölkəyə Bakıdan aparılacaq.

Bunu iyunun 28-də Avropa Olimpiya Komitəsinin Prezidenti Patrick Hickey keçirdiyi mətbuat konfransında deyib.

Hickey oyunların uğurla başa çatdığını, həm oyunların keçirilməsi, həm də Atletlər kəndi ilə bağlı heç bir şikayət daxil olmadığını da deyib.

Patrick Hickey bildirib ki, Azərbaycan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək bacarığında olduğunu da təsdiqləyib: "Avropa Oyunlarını gələcəkdə Bakı 2015-in standartlarına uyğunlaşdıracağıq".

Atəşgahda alovlandırılacaq məşəl Avropa Oyunlarının keçiriləcəyi ölkəyə Bakıdan aparılacaq

Hickey: “Bəzi fikirlər bizə bir qədər qəribə gəlir”

“Növbəti Avropa Oyunlarının Avropa İttifaqına üzv olan 28 ölkədən birində keçirilməsinin vacibliyi barədə səslənən bəzi fikirlər bizə bir qədər qəribə gəlir”.

Patrick Hickey bildirib ki, “aydın şəkildə bildirmək istəyirəm ki, mən 50 Avropa ölkəsinin prezidentiyəm və mənim icraçı komitəm 50 ölkədən seçilib. Avropa təkcə Avropa İttifaqının 28 üzvündən yox, 50 ölkədən ibarətdir. Yəni 50 milli olimpiya komitəsi var. Brüssel bu məsələlər barədə öz fikrini bəyan edə bilər, amma 50 milli olimpiya komitəsindən hər biri oyunlara ev sahibliyi etmək üçün müraciət edə bilər və mən onları buna həvəsləndirmək istərdim”.