Bakıda tələbə intihar edib

-

19 yaşlı Ağalar Ağalarlı intihar edib. Hadisə Səbail rayonunda Mehdi Hüseyn küçəsi 1 ünvanında qeydə alınıb.

Məlumatı APA yayıb.

Ağalar Əflatun oğlu Ağalarlı Yevlax rayon sakinidir, o, özünü ağacdan asaraq intihar edib.

A. Ağalarlı Dövlət İdarəçilik Akademiyasının birinci kursunda təhsil alırmış.