İyunun 30-da Vyanada ABŞ Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında görüş olacaq.
Bunu iyunun 29-da Moskvada jurnalistlərə Sergei Lavrov deyib.
Amma nazir əlavə detallar barədə məlumat verməyib.
ABŞ,Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və İran rəsmiləri Vyanada İranın nüvə proqramı ətrafındakı vəziyyəti müzakirə etməlidirlər.
Tərəflər iyunun 30-dək İranın nüvə proqramı ilə bağlı yekun razılaşma əldə etməlidirlər.
Amma rəsmilərin sözlərinə görə, bu bir neçə gün uzana bilər.
Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların ləğvindən gedir.