Avropa Komissiyasının sədri Jean-Claude Juncker Yunanıstanın borc böhranı ilə bağlı danışıqlarda yeni təklifi olmadığını deyir.
O bunu iyunun 29-da Brüsseldə jurnalistlərlə söhbət zamanı deyib.
Juncker Yunanıstan xalqını iyulun 5-də keçiriləcək referendumda beynəlxalq təkliflərə hə deməyə çağırıb.
Almaniyanın kaqnsleri Angela Merkel isə iyunun 29-da kompromisə ümidlə yanaşdığını deyib.
Yunanıstan iyunun 30-dək Beynəlxalq Valyiuta fonduna olan kredit borcunu ödəməlidir.
Əks halda ölkə defoltla üzləşə və avrozonadan çıxa bilər.