Türkmənistan prezidentinin doğum günüdür

Gurbanguly Berdymukhammedov

Türkmənistanda prezident Gurbanguly Berdymukhammedovun doğum günü qeyd olunur.

Onun 58 yaşı tamam olub.

Berdymukhammedov 1957-ci il iyunun 29-da anadan olub.

Dövlət televiziyası demək olar ki, bütün proqramlarını prezidentə həsr edib.

Paytaxt Aşqabadın mərkəzində isə onun şərəfinə heykəllərlə dolu yeni park salınıb.

Bundan bir ay əvvəl isə Aşqabadda prezidentin at ustündə 21 metrlik heykəli qoyulub.