Dövlət yardımı alan qəzetlər

Foto arxiv

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Fonddan verilən məlumata görə, elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzet sənəd təqdim edib.

İlin birinci yarısında fonddan maliyyə yardımı almış 33 qəzetlə yanaşı "Hürriyyət" və "Zaman çempion" qəzetləri də layihə təklif ediblər.

Araşdırmalardan sonra "Hürriyyət" qəzeti də daxil olmaqla, 34 qəzetin layihəsinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.

Və sonda 2015-ci ilin II yarısında bu qəzetlərə maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.

Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı:
"Kaspi” qəzeti 60 min

"Mövqe” qəzeti 60 min

"Yeni Azərbaycan” qəzeti 60 min

"Ədalət” qəzeti 60 min

"525-ci qəzet” 60 min

"Səs” qəzeti 60 min

"Bakı-Xəbər” qəzeti 60 min

"Yeni Müsavat” qəzeti 60 min

"Kaspiy" 60 min

“Ekspress” qəzeti 60 min

"Palitra” qəzeti 60 min

"Paralel” qəzeti 40 min

"Həftə İçi” qəzeti 40 min

"Azad Azərbaycan” qəzeti 40 min

"Şərq” qəzeti 40 min

"Xalq Cəbhəsi” qəzeti 40 min

"Futbol+Qol” qəzeti 40 min

“Bizim Yol” qəzeti 40 min

"Olaylar” qəzeti 40 m in

"Novoye Vremya” qəzeti 30 min

“Futbol+” qəzeti 30 min

"Üç Nöqtə” qəzeti 30 min

"Azernews” qəzeti 30 min

“Unikal” qəzeti 20 min

"Olimpiya Dünyası”qəzeti 20 min

"Oxu Məni” qəzeti 20 min

“Zaman-Azərbaycan” qəzeti 20 min

"Reytinq” qəzeti 9 min

"Təhsil Problemləri” qəzeti 9 min

"The Business Times” qəzeti 9 min

“Hərbi And” qəzeti 9 min

“Türküstan” qəzeti 9 min

“İqtisadiyyat” qəzeti 9 min

"Hürriyyət" qəzeti 9 min