İyunun 30-da Hercules C-130 təyyarəsi Medan şəhərində bir neçə binaya dəyəndən sonra alışıb. Təyyarədə 113 nəfər ölüb, kiminsə sağ çıxmasına ümid yoxdur
-
İndoneziyanın Sumatra adasında hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində azı 130 nəfər həlak olub.
İyunun 30-da Hercules C-130 təyyarəsi Medan şəhərində bir neçə binaya dəyəndən sonra alışıb. Təyyarədə 113 nəfər ölüb, kiminsə sağ çıxmasına ümid yoxdur.
30 nəfərin meyiti xəstəxanaya aparılıb.
1964-cü il istehsalı olan təyyarə hərbçiləri və ailələrini daşıyırmış. Havaya qalxandan az sonra problemləri yaranıb.
Pilot texniki problemlərə görə geri qayıtmağı xahiş edibmiş.
2005-ci ildə Boeing 737 təyyarəsi Medanın Polonia aeroportundan qalxandan az sonra yaşayış sahəsinə düşüb, 143 nəfər həlak olub.