Avropa Mərkəzi Bankının rəhbərliyi iyulun 1-də Yunanıstandakı böhranı müzakirə edəcək.
Wall Street Journal-ın yazdığına görə, bank çox güman ki, Yunanıstanda vəziyyəti kəskinləşdirə biləcək addım atmayacaq, məsələn borcların təcili ödənilməsi.
ABŞ prezidenti Barack Obama Yunansıtandakı vəziyyətlə bağlı maliyyə bazarlarındakı narahatlığı azaltmağa çalışır.
Obama bildirib ki, ABŞ bu hadisələrin iqtisadiyyata böyük zərbə olacağına inanmır.
Həmçinin şərhçilər Yunanıstanda maliyyə vəziyyətinin kəskin pisləşəcəyini gözləmirlər.
Hələlik Yunanıstanda defolt baş verəcəyi bəlli deyil.
İyulun 5-də ölkədə beynəlxalq kreditorların təklifləri ilə bağlı ölkədə referendum keçiriləcək.
Baş nazir Alexsis Tsipras vətəndaşları bu təkliflərə yox deməyə çağırıb.
Yunanıstan İyunun 30-da Beynəlxalq Valyuta Fonduna olan kredit borcunu ödəyə bilmədi və bununla defolt vəziyyətinə düşdü.
Bu borcun ödənilməsi üçün son müddət idi.
1,6 milyard avroluq borc, dünya tarixində nə vaxtsa ödənilməyən ən böyük borcdur.
Yunanıstan bu vəziyyətə düşən sənayecə inkişaf etmiş ilk ölkə oldu.
Hələlik hadisələrin necə inkişaf edəcəyi bəlli deyil.