Misirdə 30-dək əsgərin öldürüldüyü bildirilir

Foto arxiv

İslamçı yaraqlılar iyunun 1-də Misirin Sinay yarmadasında eyni vaxtda bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Məlumatlarda azı 10 əsgərin öldürüldüyü bildirilir.

Bir sıra məlumatlarda isə ölənlərin 30 nəfər olduğu bildirilir.

Həmçinin hərbçilər hücum zamanı 22 terrorçunun öldürüldüyünü deyirlər.

Hücumlara görə cavabdehliyi İslam Dövləti qrupunun Misirdəki qanadı üzərinə götürüb.

Məlumatlara görə təxminən eyni vaxtda 5 nəzarət-buraxılış məntəqəsinə hücum edilib.

Hücum edənlər həmçinin bir neçə əsgər və hərbi texnikanı ələ keçiriblər.