Azərbaycan ordusunun pulu artır

Foto arxiv

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmi son bir ayda 1 milyon manatdan çox artıb.

Müdafiə Nazirliyinin məlumatına görə, 2015-ci il iyulun 1-dək fondun manat hesabındakı vəsait 65 077 066 manat, ABŞ dolları ilə olan vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro olub.

Son 1 ildə fondun ABŞ dolları, avro və rus rublu ilə hesablarına vəsait daxil olmayıb.