Daha bir biznesmen kreditə görə həbs olundu

Foto arxiv

Azərbaycan Beynəlxalq Bankından götürülən külli miqdarda vaxtı keçmiş kredit borcu ilə bağlı daha bir iş adamı həbs edilib.

APA-nın məlumatına görə, "General Construction" şirkətlər qrupuna daxil olan Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin direktoru Camal Həsənov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Camal Həsənovun hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığı bildirilir.