"Alisa möcüzələr adasında" romanının mesajları

William Brooker

-

"1990-cı illərdə məşhur bir insanın sirrini üzə çıxarmaqla qalmaqal qoparmaq meyli şiddətli idi"

Romanın çaşdırıcı mesajları

Bu il “Alisa möcüzələr adasında” romanının 150 yaşı olur.

Bu münasibətlə “Alisa möcüzələr adasında: Lewis Caroll kütləvi mədəniyyətdə” kitabının müəllifi, Kingston Universitetinin Film və Mədəni biliklər üzrə professoru William Brooker Oxu zalının suallarını cavablandırıb.

- “Alisa möcüzələr adası”-nda romanının 150 illiyi münasibətilə birdən-birə tamaşa afişaları romanın illüstrasiyalarıyla, dovşan koğuşu, papaq, sehrli qapı şəkillərilə doldu.

Britaniyanın dövlət poçtu 150 illik münasibətilə poçt markaları buraxıb. Bu romanı xüsusi edən nədir?

- “Alisa möcüzələr adası”nda həm uşaqların, həm də böyüklərin marağını çəkən nadir bir romandır. Bu romanı oxuyan hər nəsil onda gizli mənalar və mesajlar tutmağa çalışır.

Maraqlıdır ki, hər bir nəsil bu mətni öz çağdaş mədəniyyətinin gözülə şərh edir. 1930-cu illərdə Freyd interpretasiyası, psixoanaliz dəbdə idi, onda həmin dövrün insanları bu romanı psixoanaliz ilə şərh edirdilər.

1990-cı illərdə cəmiyyəti narkotiklər, pedofiliya kimi məsələlərə qarşı mənəvi panika bürüdü. Onda yazıçı Kerolun öz qızının rəfiqəsi Alisaya kitab həsr etməsi şübhəli məsələ kimi görünməyə başladı.

Hətta onu qadağan etmək haqqında çağırışlar var idi. Yaşlı kişinin balaca qızla nə işi ola bilər axı? Onu niyə belə başdançıxarıcı macəraya aparsın? Bəlkə bu narkotiklərin uşaq dilində təbliğatıdır? Hərçənd, bu narkotik versiyası 1960-cı illərdə daha şiddətli idi.

1960-cı illərdə LSD həbləri təzə yayğınlaşmışdı. Deyirdilər, bəlkə Kerol özü də bu həblərin dadına baxıb, onun təsirini görəndən sonra bu romanı yazıb?! Özü də mənim kimi universitet professorları deyirdi bunu.

“Alisa möcüzələr adasında: Luis Kerol Kütləvi mədəniyyətdə” kitabım çıxandan sonra bir tanışım mənə demişdi: “LSD həbi içmiş adam bu kitabın sanki onun öz dilindən yazıldığını deyə bilər. Həbi atıb böyüyürsən, bir dənə də atıb kiçilirsən. Sən öz kitabında bunu yazmısan, ya yox?”

Amma sonra yazıçının bioqrafiyası yazıldı. Bioqraflar Kerolun heç vaxt narkotik həblərdən istifadə etmədiyini sübut etdilər. Ondan sonra roman yenidən məsum uşaq kitabı kimi gördülər.

1990-cı illərdə Kerolu yenə şübhəli şəxs kimi müzakirə etməyə başladılar. Camaat bu romanın başqa məziyyətlərindən deyil, bir kişinin öz balaca qızının rəfiqəsi ilə yaxın münasibətindən danışırdı.

Mənim fikrimcə, pedofiliya ittihamları sırf 1990-cı illər kütləvi mədəniyyətinin təbiətilə bağlıdır. 1990-cı illərdə məşhur bir insanın sirrini üzə çıxarmaqla qalmaqal qoparmaq meyli çox güclü, mən deyərdim, lap şiddətli idi.

- Kerol ictimai şüurda bəraət aldı.

- Bəli. Bu da onun bioqraflarının xidmətidir. Onlar əsl adı Charles Lutwidge Dodgson olan yazıçı Kerol haqqında çoxlu xatirələr və daha əsaslı arxiv materiallarını 1960-cı və 90-cı illərin nəsillərinə çatdırdılar.

Onlara əsaslansaq, Kerol narkotik istifadəçi olmayıb. O, ziyalı bir insan olub. Kral ailəsinin sevimlisi idi.

Kral onun bu romandan sonra yenə roman yazmasını çox arzulayırdı. Kerol isə ilk növbədə riyaziyyatçı idi.

- Bəs bu gün necə baxılır bu romana?

- Bu gün bu romana uşaq macərasından çox elmi fantastika kimi baxırlar. Elmin bu süjet xəttini mümkün edə biləcəyi ehtimal edilir. Kütləvi mədəniyyətdə isə “Batman” kimi fantastik macəralara ilham verib.

Artıq “Alisa möcüzələr adası”-nda ayrıca bir film janrına çevrilib. Onun süjet xətti və ənənələrilə Disneyin bir neçə studiyası filmlər çəkir. “Alisa möcüzələr adası” bugünkü möcüzə macəraları filmlərinin şübhəsiz əcdadıdır.

Bu, çox mürəkkəb, çoxmənalı romandır. Ola bilsin ki, elmin gələcək nailiyyətinə dair vacib informasiya daşıyır. Gələcək nəsillər dovşanın koğuşuna girməklə bənzər macəralar aləminə düşə biləcəklər bəlkə də.