Azərbaycan Dövlət Neft Fondu investisiya portfeli valyuta səbətinin diversifikasiyası üçün Çin yuanında investisiyalara başlayıb.
Fondun məlumatına görə, məqsəd investisiya portfeli valyuta səbətinin diversifikasiyasını təmin etməkdir.
Fond 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard yuanlıq investisiya üçün lisenziya alıb və bankla istiqrazların alqı-satqısı və saxlanması barədə müqavilə imzalanıb.
Proses iyulun 1-dən başlayıb.
Növbəti mərhələdə Çinin səhm bazarlarına investisiya yatırımları nəzərdə tutulur.
Bu məqsədlə Dövlət Neft Fondu Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komitəsindən lisenziya almağı planlaşdırır.