İnquşetiyada araq mağazaları dağıdılıb

Foto arxiv

İnquşetiyada spirtli içkilər satan mağazaların dağıdılması ilə bağlı çinayət işi açılıb.

Bu iyulun əvvəllərində respublikanın bir neçə yaşayış məntəqəsində qeydə alınıb.

Bir qrup gənc Nazran və Karabulak şəhərləri, habelə bir neçə yaşayış məntəqəsində qanuni və qanunsuz mağazaları dağıdıblar.

Daxili işlər nazirinin müavini Amir Sultigov 20-ə yaxın adamın saxlandığını deyir.

Onlardan altısı polisə müqavimət ittihamı ilə administrativ məsuliyyətə cəlb olunub.

RİA Novostinin məlumatına görə, qəsdən əmlakın dağıdılması və xuliqanlıq maaddələrinə görə maksimum 8 il həbs cəzası nəzərdə tutulur.

İnquşetiya rəhbəri Yunus-bek Yevkurov bu insidenti pisləyib və bildirib ki, qanunsuz alkoqol alveri ilə hüquq-mühavizə orqanları məşğul olmalıdır.

O qeyd edib ki, gəncləri bu cür hərəkətlərə sürükləyənlər məsuliyyətə cəlb olunmalıdır.