İyulun 3-də Ermənistanda qazdoldurma məntəqəsində növbəti partlayış baş verib.
Partlayış saat 14:35 radələrində Maralik şəhərinin Şaqinyan küçəsindəki məntəqədə baş verib.
Xəsarət alanlar var.
Operativ qrupun məlumatına görə, partlayan qaz balonu olub və 2 nəfər müxtəlif xəsarətlərlə Gümrü xəstəxanasına götürülüb.
Təkcə bu il Ermənistanda qazdoldurma məntəqələrində ölümlə nəticələnən bir neçə belə hal baş verib.