Azərbaycan prototipləri Banqladeş romanında

Neamati Imam

-

Donkixotvari jurnalist Xaliq Bisuasın əvvəlki prinsipləri pul və hakimiyyət işığında tədricən solur.

Hüseyn isə əvvəlcə bitərəf stoik idi, tədricən hökumətin uğursuz siyasətinə əsəbləşən bir tipə çevrilir.

Satirik siyasi roman

1970-ci illərdən sonra doğulmuş ədəbi nəslin daha bir uğurlu romanı.

Bu dövrdə Qərb ədəbiyyatı fərd haqda azad mövzular ətrafında süzməkdə ikən üçüncü dünya ölkələrində parlayan yazıçıların əsas mövzusu cəmiyyətin siyasi problemləridir.

Banqladeş-Kanada müəllifi Neamat Imam-ın (1971) “Qara palto” ("The Black Coat") romanı “Penguin" nəşriyyatında 2013-cü ildə yerli auditoriya üçün çıxıb, bu yaxınlarda isə beynəlxalq nəşri işıq üzü görüb.

Yerli və dünya mətbuatından "Cənubi Asiya siyasəti, tarixi ilə bağlı bundan sonra yazılacaq hər hansı kitab üçün qızıl standart”, “gələcək klassika” kimi isti rəylər alıb.

Bir ingilisdilli Hindistan naşiri və jurnalistinin bu roman haqda məqaləsini təqdim edirik.

Manasi Subramian

"Qara palto" romanı haqda

Məşhur əhvalata görə, Platon bir dəfə dostuna deyib ki, Afina cəmiyyətini həqiqətən də anlamaq istəyirsə, tarix yox, satira oxuması ağıllı hərəkət olar.

Bu qayda inkişaf etməkdə olan ölkələrə daha çox aiddir. İnkişaf etməkdə olan ölkələrdə hökumət xaosu bizim üçün ən absurd teatr səhnəsini yaradır.

Neamat Imamın ilk romanı olan “Qara palto” xalis satiradır, amma elə ziyansız ciddiyyətlə yazılıb ki, adam onu silkələməyi və bir neçə qatını ayırd etməyi nəzərdən qaçıra bilər.

Romanda 1970-ci illərin sonudur və Banqladeş bir ölkə kimi baş nazir Şeyx Mujib-in hakimiyyəti altında yenicə ortaya çıxıb.

Banqladeşin paytaxtı Dəkkə isə keçmişilə ayrılıqdan sonra hələ səntirləyir, qıtlıq, aclıq yavaş-yavaş gənc xalqı pəncəsinə almaqda, onun idealist qarnına dişlərini batırmaqdadır.

Xaliq Bisuas, kitabın antipatiya oyadan təhkiyəçisi əsərin əvvəlində Don Kixotvari bir jurnalistdir.

O, yeni Baş nazirin rejimində çatışmazlıqlar haqda yazmağa cəhd edir, buna görə onu dərhal işdən qovurlar.

Onun həyatına Nur Hüseyn adlı iş axtaran bir cavan oğlan girir. Xaliq görəndə ki, Hüseyn baş naziri əsrarəngiz təqlid etmək qabiliyyətinə malikdir, çox sevinir.

Təşkilatçılıq edir, Hüseyn də tinlərdə mono-şoular göstərir. Hüseyn baş nazir Mujib-in qiyafəsini geyinir. Baş nazirin xarici görünüşündə əsas cəhət kitabın üz qabığındakı kimi bir qara palto geyinməsidir.

Hüseyn baş nazir Majibin 7 mart, 1971-ci ildə etdiyi məşhur çıxışı, - savaş nərəsini yamsılayır.

Baş nazirin siyasi partiyası olan "Awami" Liqası küçələrdə aktyorluq edən Hüseynin populyarlığından xəbər tutur, onu öz nümayişlərində çıxış etmək üçün işə götürür.

Belə olan halda, Xaliq varlanır. Onun pulqabısı hətta ölkə 1974-cü ilin qıtlığı vaxtı aclıqdan milyon yarım əhalini itirəndə də dolmaqdadır.

Xaliqin əvvəlki prinsipləri pul və hakimiyyət işığında tədricən solur, zəifləyir.

Hüseyn isə əvvəlcə bitərəf stoik idi, tədricən hökumətin uğursuzluqlarına əsəbləşən bir tipə çevrilir.

Sətirlərin lap dərinliklərində qırıq-qırıq ani-isteblişmet ritotikası, təsirli və gözlənilməz satirik məna insana vurucu təsir göstərir.

Burada N.Imam-ın əvvəlki coşğun üslubu öz yerini soyuq üsluba verir.

Keçmiş jurnalist Xaliq indi o dərəcədə dəyişilib ki, səmimi çıxış edir:

"Mənim fikrimcə, Aclıq bacarıqlı, güclü iradəli insanların zamanıdır. İntelligensiyanın hakimiyyəti zamanıdır. Onlar yeni həyat yolları yaradacaqlar.

Özlərini məhv olmaqdan xilas etməkdən ötrü yeni qanunlar yaradacaqıar. Lazım gəlsə, öz dinlərini yaradacaqlar, bu isə tamamilə fərqli bir dildə uğur və mənəviyyat anlayışı demək olacaq. Aclıq güclüləri zəif ürəklilərdən fərqləndirməyə kömək edəcək."

Mujib rejimi Orwellsayağıdır, müxalifləri təmizləyir, tezliklə donuzlarla insanları bir-birindən fərqləndirmək mümkün olmayacaq.

Əsər boyu bu iki qəhrəman öz prinsiplərindən çıxır, bir-birinin prinsiplərinə keçirlər.

Xaliqin ilk vaxtlardakı idealizmi keçib gedir, ona daim özünə haqq qazandıran bir xüsusiyyət gəlir, Hüseynin ilk vaxtlardakı bitərəfliyi öz yerini anarxik hücumçuluğa verir, o, sonda insanlıqdan çıxır, vəhşiləşir, aqressivləşir.

Mujib rejimi Orwellsayağıdır, müxalifləri təmizləyir, tezliklə donuzlarla insanları bir-birindən fərqləndirmək mümkün olmayacaq.

Bizim tariximizdə də həmişə belə olub. Hakimiyyətə sayğı və terror arasında nazik xətt olub, aradakı xətti nə vaxt keçdiyimizi dəqiq demək mümkün deyil.

Biz bir vaxtlar ən aşağı saydığımız insanlara çevrilirik, bu bizim ən çirkin transformasiyamızdır.

“Qara palto”-nun qurğusu cəmiyyətdəki dəhşətli kollapsı, hakimiyyətin cazibəsi və korruptiv funksiyasını satirik tərzdə göstərir.

Satira nizamsızlıqdan həqiqəti üzə çıxarmaq üçün güclü vasitədir. O, zülmü tərifləməklə əslində ən böyük zəifliklərimizə sataşır.

Siyasi satira, yaxşı keçmiş ənənələrdə olduğu kimi, hakimiyyətə qarşı ağıllı silah olaraq qalır.