1 dollar 32,6 milyon dollara çevrildi

-

Andy Warhol-un “Bir dollarlıq əskinas”-ı

Çağdaş rəssam, pop art hərəkatının aparıcı siması Andy Warhol-un 1962-ci ildə əllə çəkdiyi “Bir dollarlıq əskinas” əsəri Londonun nüfuzlu Sotheby’s qalereyasında 32,6 milyon ABŞ dollarına satılıb.

Vaxtilə Warhol-un meneceri Fred Hughes-a məxsus olmuş bu əsər sonradan, 1997-ci ildə Sürixdə Galerie Bruno Bischofberger-a satılıb.

“Bir dollarlıq əskinas” bu həftə London auksionlarında satılmış ən bahalı əsər olub.

Satılan dollar rəsmi 1962-ci ildə Andy Warhol-un New York-da Stable Qalereyasında keçirilmiş ilk solo pop art sərgisində 100 Sup bankası, 100 Cola bankası ilə birlikdə nümayiş etdirilmiş 100 dollar əskinasından birincisi olub.

1975-ci ildə A.Warhol bu rəsmi izah edərkən "Mən divarda pulu xoşlayıram" deyib.

Oxu zalı