Makarevich ölməyib

Andrei Makarevich

Rusiyalı tanınmış müğənni Andrey Makarevichin köməkçisi Anton Cernin onun ölümü barədə xəbərləri təkzib edib.

Bu məlumat bazar günü grushinka.ru saytında peyda olub.

“Grushinsky” klubunun direktor müavini Yuri Karpov “Exo Moskvı”radiosuna bildirib ki, bu məlumatı saytı dağıdan naməlum adamlar yerləşdirib.

Məlumatda Makarevichin evinin girəcəyində öldürüldüyü bildirilirdi.

Makarevich bu cür məlumatlara məhəl qoymamağa çağırıb.