Manatın məzənnəsi - 07.07.2015

Dolların kursu dəyişməz qalıb, avro ucuzlaşıb

-

İyulun 7-də Mərkəzi Bank 1 dolların Azərbaycan manatına məzənnəsini dəyişməyib. 1 dollar 1.0490 manat olaraq qalıb.

Ancaq əvəzində avro 0,02 faiz ucuzlaşaraq 1,1575 manat olub.

Mərkəzi Bank bu il fevralın 21-dən manatı dollara nisbətdə sabit saxlamaq siyasətini dəyişdirərək devalvasiyaya gedib. Manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşıb.