İlk “kök hüceyrə transplantasiyası” aparılıb

Arxiv fotosu

-

Azərbaycanda ilk dəfə olaraq qaraciyər xəstəsinə “Kök hüceyrə transplantasiyası” əməliyyatı həyata keçirilib. Əməliyyat Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında aparılıb. Universitetin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, əməliyyatı ATU-nun Tədris Cərrahiyyə Klinikasının I Cərrahi Xəstəliklər kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyət həyata keçirib.

Mətbuat xidməti bildirir ki, xəstənin sümük iliyindən əldə edilən mezenximal kök hüceyrələri intraarterial yolla qaraciyərə trans edilib.

Əməliyyatda transplantologiya şöbəsinin müdiri t.ü.f.d. Dr. Ruslan Məmmədov, Şüa-diaqnostika şöbəsinin müdiri Dr. Rasim Bayramov, İnvaziv kardiologiya şöbəsinin müdiri, t.ü.f.d. Dr. Qalib İmanov, Hematoloq Dr. Naidə Ağayeva, Molekulyar bioloq və genetik Dr. Fərid İsmayıllı, Həkim-Anesteziolog Dr. Məmməd Şirinov, Rezident Mehriban Hüseynova iştirak edib.

Ancaq əməliyyata nə qədər vəsait xərclənməsi barədə məlumat verilməyib.