Bakıda təcili yardım həkimi bıçaqlanıb

Arxiv fotosu.

Bakıda xuliqanlıq hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elbrus Əliyev çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının həkimi Bakı şəhər sakini, Şəfəq Alıyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Həkimin vəziyyəti və olayın səbəbləri barədə hələ ki açıqlama yoxdur.