Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın iyulun 6-da Yəməni bombalaması nəticəsində azı 176 dinc sakin ölüb.
BMT hava zərbələrini və döyüşləri dayandırçağa çağırıb.
Şiələrin birləşdiyi Huti üsyançıları martın 26-dan bu yana paytaxt Sanaa və ölkənin bir sıra bölgələrini ələ keçiriblər.
Koalisiya qüvvələrinin müdaxiləsindən bu yana ölkədə 3 minə yaxın adamın öldüyü bildirilir.
Ərəb ölkələri İranı Huti birləşmələrini dəstəkləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir.