Azərbaycan Səs Yazıları Arxivinə maraqlı və dəyərli bir fonoalbom verilib.
Mill Arxiv Idarəsinin yaydığı xəbərə görə, bu fonoalbomu arxivə xalq artisti , muğam ustası , bəstəkar - xanəndə Əlibaba Məmmədov təqdim edib.
Heydər Əliyev Fondunun buraxdığı albom 3 kitab , 4 disk və bunları yerləşdirmək üçün hazırlanmış qutudan ibarətdir .
Birinci kitab "Ürək deyir yaşa hələ " adlanır. Burada ustad xanəndənin yaradıcılığından və onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır .
Kitabın əsas hissəsi "Bəstəkar - xanəndə " adlanır və burada Əlibaba Məmmədovun özü, bəstələdiyi mahnı və təsniflər, eləcə də, sənətkarlar barədə geniş məlumat verilir.
İkinci kitab " Təsniflər", üçüncü kitab " Mahnılar " adlanır.
İkinci kitabda ustad sənətkarın təsniflərinin not yazısı , növbəti kitabda isə mahnıların not yazıları və mahnı sözləri verilib.
Ümumilikdə bu kitablarda Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb.