Salber:"Münaqişə dinc yolla həll olunmalıdır"

Foto arxiv

Ermənistanın xarici işlər naziri Edward Nalbandian Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib.

Ermənistan xarici işlər nazirliyinin məlumatına görə, tərəflər ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə səylərini müzakirə ediblər.

Salber münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını bildirib.

Herbert Salber Avropa Birliyinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara bir daha dəstək olduğunu vurğulayıb.