Ramazanda 4 gün iş olmayacaq

Bakıda Ramazan günləri, Hacı Cavad məscidi (arxiv fotosu).

Ramazan bayramı ilə bağlı 4 gün iş olmayacaq.

Nazirlər Kabinetinin məlumatına görə, iyulun 17-18-i Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

İyulun 18-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən müəssisələrdə iyulun 20-si - bazar ertəsi günü də iş olmayacaq.