Azərbaycanda 226 yeni dini icma yaradılıb

Mübariz Qurbanlı

2009-cu ildə qəbul olunan yeni qanunvericiliyə əsasən Azərbaycanda 632 dini icma qeydiyyatdan keçib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bunlardan 226-sı ilk dəfə qeydiyyatdan keçən yeni icmalar, qalanları isə təkrar qeydiyyatdan keçənlərdir.

Onların arasında islam və qeyri-islam yönümlü dini icmalar var.

2009-cu ildə qəbul olunan dəyişikliyə əsasən o vaxtadək qeydiyyatda olan icmalar təkrar qeydiyyatdan keçməlidir.

Amma hazırda ölkədə bir sıra dini icmalar fəaliyyət göstərir ki, onlar hələ də təkrar qeydiyyat üçün müraciət etməyiblər.

Bunların sayı yaxın zamanlarda açıqlanacaq.