Rusiya BMT-də veto qoydu

Foto arxiv.

Rusiya iyulun 8-də BMT-nin təhlükəsialik şurasında Serebrenitsa qırğının soyqırım kimi tanınması ilə bağlı qətnamə layihəsinə veto qoyub.

Anqola, Çin, Nigeriya və Venesuela isə bitərəf qalıb, qalan 10 ölkə isə qətnamə layihəsinin lehinə səs verib.

Balkan müharibəsində Serbiya və Bosniya serblərinin tərəfini saxlayan Rusiya qətnamə layihəsinin ziddiyyətli olduğunu deyib.

Sənədi Böyük Britaniya təqdim edib.

Serb birləşmələri 1995-ci il Bosniya müharibəsi zamanı Serebrenitsada 8 min müsəlman kişi və oğalnı kütləvi qətlə yetiriblər.