Malala Nawaz Sharif-lə görüşüb

Malala Yousafzai

-

Pakistanın baş naziri Nawaz Sharif və Nobel sülh mükafatı laureatı Malala Yousafzai ilk dəfə olaraq iyulun 8-də Osloda görüşüblər. Hər ikisi Norveçin paytaxtında keçirilən BMT təhsil sammitində iştirak edib.

Sharif Malala-ya deyib ki, ölkəsinə səfər etmək istəsə, hökuməti onu dəstəkləyəcək. Bunu 17 yaşlı Malala deyir. Gənc qız 2012-ci ilin oktyabrında Pakistanda taliban tərəfindən ölümcül güllələnib. O, qızların təhsil hüququ olduğunu deyirdi. O vaxtdan Malala Britaniyada yaşayır.

Malala-nın sözlərinə görə, Sharif ona deyib ki, Pakistan “həmişə onun vətəni olaraq qalacaq”.

“Bir pakistanlı kimi Pakistana qayıtmaq və orada insanlara kömək etmək borcumdur,” Malala söyləyib.

Tərəflər Pakistanda təhsil sistemi, uşaq əməyi, uşaqların zorla evləndirilməsini müzakirə ediblər.

Malala iyulun 12-də 18 yaşını qeyd edəcək.