Rüşvətə görə ömürlük idmandan getdi

Chuck Blazer

FİFA-nın etika komitəsi administrator Chuck Blazeri idman fəaliyyətindən ömürlük məhrum edib.

70 yaşlı Blazer 1996-2013-cü illərdə FİFA icrayyə komitəsinin üzvü olub.

O 2013-cü ildə Nyu-York məhkəməsində etiraf edib ki, komitənin digər üzvləri ilə 1998-ci ildə baş tutmayan Mərakeş çempionatı, 2010-cu ildə isə baş tutan Cənubi Afrika çempionadına görə, rüşvət və qanunsuz ödənişlər ediblər.

FİFA-nın etika komitəsi iyulun 9-da bildirib ki, Blazer bu planların əsas oyunçusu olub.