Separatçı Dağlıq Qarabağ rejiminin lideri Bako Sahakyan İyulun 8-də Böyük Britaniya parlamentində çıxış edib.
Bu barədə Azadlıq Radiosunun erməni xidməti və Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Məlumata görə, o çıxışında Dağlıq Qarabağda sosial-iqtisadi inkişaf və Azərbaycan-Ermənistan münaqişəsinin həllindən danışıb, iştirakçıların suallarını cavablandırıb.
Sahakyan Qarabağda Böyük Britaniyaya xüsusi münasibət olduğunu və onun aparıcı dövlət, demokratiya və Avropa sivilizasiyasının beşiyi hesab olunduğunu bildirib.
O, Dağlıq Qarabağın parlament əlaqələrinin genişləndirilməsi və Böyük Britaniya ilə elm, təhsil və humanitar sahələrdə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
Görüşdə Ermənistanın Londondakı səfiri Armen Sarkisyan da iştirak edib.
Bako Sahakyan dünən həm də "Chatham House"da çıxış edib. Onun Britaniyaya səfəri və Bakının buna etirazları barədə ətraflı bu xəbərdə oxu: