“Sovetski”də 118 tarixi abidə var. O binalardan 15-20-sini saxlamaq qərara alınıb.
Qalan binalar isə ya dağıdılacaq, ya da memarlıq elementləri xüsusi yerdə saxlanacaq”.
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Əbülfəz Qarayev nazirliyin tarixi abidələrlə bağlı Bakı və regionlarda monitorinqlər keçirdiyini bildirib.
Onun sözlərinə görə, monitorinqlər zamanı bəzi nöqsanlar aşkar edilib, bəzi yerlərdə tarixi abidələrin dağıdılmasının qarşısı alınıb, bəzi yerlərdə isə yeni inşaat işləri dayandırılıb.
“Amma yeni layihələr ümumi plana uyğundursa, biz şəhərin inkişafına mane ola bilmərik”-deyə o vurğulayıb.