Almaniyada 2 nəfəri öldürən saxlanıb

Foto arxiv

Almaniyada 2 nəfəri güllələyərək öldürməkdə şübhəli bilinən şəxs saxlanıb.

Hələlik adı çəkilməyən həmin şəxs Tiefenthal şəhərində velosipedlə ötən qadına atəş açaraq hadisə yerindən qaçıb.

Qadın yerindəcə ölüb.

Bundan sonra o qonşu Rammersdorf şəhərində isə velosipedlə ötən bir kişini də öldürüb.

O həmçinin piyada xəttində dayanmış maşının sürücüsünə də atəş açıb, amma hədəfə dəyməyib.

Hadisə Bavariyanın şimalında baş verib.