Magistral su kəmarində qəza olub

Kyrgyzstan. Kara-Suu. source of drinking water. 2015

-

“Azərsu” ASC-dən “APA-"-ya verilən məlumata görə, Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində qəza baş verib. Qəza ilə əlaqədar Səbail, Yasamal və Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.

Məlumatda deyilir ki, qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir.