Əfqanıstanda partlayışda 17 nəfər ölüb

Arxiv fotosu

-

İyulun 12-də Əfqanıstanın şərqində ABŞ hərbi bazası yaxınlığında bomba qoyulmuş maşın partladılıb. Azı 17 dinc sakin öldürülüb. Partlayış əfqan mühafizəçilərin olduğu nəzarət məntəqəsi yaxınlığında törədilib. Həmin mühafizəçilər Amerika qüvvələrinin Chapman düşərgəsini qoruyur.

The Associated Press agentliyinin məlumatına görə, yerli xəstəxanaya 17 dinc sakinin meyiti gətirilib. Onlardan çoxu qadınlar və uşaqlardır.

Frans Press isə azı 18 nəfərin öldüyünü yazıb.

NATO “hücumda heç bir ABŞ və ya koalisiya heyət üzvünün xəsarət almadığını” bildirib.

ABŞ və NATO əsgərləri rəsmən ötən il Əfqanıstanda döyüş missiyasına son verib. Taliban hücumları isə səngimək bilmir.