Ukrayna lideri xəbərdarlıq edir

Arseniy Yatsenyuk Vaşinqtonda çıxış edir, 13 iyul, 2015-ci il

-

Ukraynanın baş naziri Arseniy Yatsenyuk iqtisadi islahatları əngəlləyəcək qanunvericiliyə qarşı çıxır, ona “lunatiklər”in sponsorluq etdiyini söyləyib. İslahatları Qərb kreditlər əvəzində tələb edir.

Associated Press agentliyinə müsahibəsində Yatsenyuk deyib ki, Beynəlxalq Valyuta Fondunun tələb etdiyi islahatları geri çəkən ziddiyyətli layihələrdən heç biri parlamentə çatmayacaq. Çatsa belə, Ukrayna prezidenti Petro Poroshenko onlara veto qoyacaq.

“Hər parlamentdə populistlər olur. Onlar bəzən lunatiklərə bənzəyir. BU hökumət və prezident islahatlara sadiqdir,” Yatsenyuk deyib.

Ağ Evdə keçirilən görüşdə ABŞ prezidenti Barack Obama Yatsenyuk-u BVF islahatlarına və öhdəliklərinə əməl etməyə çağırıb. BVF Ukraynana 40 milyardlıq kredit ayırıb. Ancaq qurum xəbərdarlıq edib ki, islahatların yubanması gələcək kreditlərə təhlükə yarada bilər.