Türkiyə hakimiyyəti onlarla islamçı informasiya saytına çıxışı bağlayıb.
NATO bundan əvvəl Türkiyəni İslam Dövləti yaraqlıları və onlara məxsus saytlara qarşı mübarizəni gücləndirməyə çağırmışdı.
Son bir neçə il ərzində Türkiyə ərasizindən Suriya və İraqa minlərlə islamçı yaraqlı keçib.Onların bir qisminə İslam Dövləti qrupuna rəğbəti olan qaçaqmalçı şəbəkə kömək edib.
Türk dilində olan bu saytlardan biri “DarulHilafe.com” Reutersə bildirib ki, əgər Türkiyə hakimiyyəti heç vaxt bu ölkəyə hücum etməyən müsəlmanların azadlığını pozmaqda davam eləsə, buna cavab verilə bilər.
Yüksək rütbəli dövlət rəsmisi saytların bağlanması və son həbslərin İslam Dövləti şəbəkəsinə qarşı mübarizənin vacib hissəsi olduğunu deyir.