İyulun 14-də Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları başlayır.
İlk oyun günü 12 qarşılaşma olacaq.
Azərbaycanı turnirdə təmsilçisi edəcək "Qarabağ" klubu isə mübarizəyə iyulun 15-də qoşulacaq.
Qarabağ Bakıda Monteneqronun "Rudar" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Ümumilikdə iyulun 15-də 5 görüş keçiriləcək.
14 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunları
20:30. "Ventspils" (Latviya) - HİK (Finladniya)
22:00. APOEL (Kipr) - "Vardar" (Makedoniya)
22:30. "Mitdilland" (Danimarka) - "Linkoln" (Cəbəllürariq)
22:45. "Ludoqorets" (Bolqarıstan) - "Milsami" (Moldova)
23:00. "Hibernians" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail)
23:00. "Molde" (Norveç) - "Pünik" (Ermənistan)
23:00. "Skenderbeu" (Albaniya) - "Kruzaders" (Şimali İrlandiya)
23:00. TNS (Uels) - "Videoton" (Macarıstan)
23:30. "Maribor" (Sloveniya) - "Astana" (Qazaxıstan)
23:30. "Trençin" (Slovakiya) - "Styaua" (Rumıniya)
23:30. "Partizan" (Serbiya) - "Dila" (Gürcüstan)
00:00. "Sarayevo" (Bosniya və Herseqovina) - "Lex" (Polşa)
15 iyul
21:30. "Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro)
22:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva)
22:30. BATE (Belarus) - "Dandalk" (İrlandiya)
23:45. "Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya)
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Fola" (Lüksemburq)