Rusiyaya işləməyə ən çox ermənilər gedir

Foto arxiv

Rusiyaya işçi vizası ilə MDB ölkələrindən ən çox Ermənistan vətəndaşları gedir.

Bu barədə Rusiyanın mədənbiyyət nazirliyi məlumat yayıb.

İzvestiya qəzetinin yazdığına görə, 2014 və 2015-ci illərin birinci rübünü əhatə edən hesabat Rusiyaya axının artdığını göstərir.

Hesabata görə başda Ermənistan gəlir.

2014-cü illə müqaisədə ölkəyə gələn Azərbaycan vətəndaşlarının sayı isə 14 mindən 50 min nəfərə qalxıb.

Sonrakı yerlərdə isə Moldova, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan gəlir.

Şəxsi səfərlərin isə əksinə azaldığı bildirilir.

Ekspertlər hesab edir ki, bu ilk növbədə Rusiya ilə qonşu ölkələr arasında biznes əlaqələrinin inkişafı ilə bağlıdır.