Ukrayna 8 əsgərinin öldüyünü deyir

Foto arxiv

Ukrayna son 24 saat ərzində ölkənin şərqində gedən döyüşlərdə 8 əsgərinin həlak olduğunu, 16-nın yaralandığını bildirir.

Ukraynanın təhlükəsialik şurası rusiyapərəst separatçıların Ukrayna ordusunun mövqelərini atəşə tutduqlarını və bunun fevralda imzalanmış Minsk razılaşmasından sonra ən intensiv atışmalardan biri olduğunu deyir.

Məlumatda yaraqlıların 152 millimetrlik artilleriya qurğularından istifadə etdikləri bildirilir.

Amma atışmanın harda baş verdiyi barədə məlumat verilmir.

Bəyanatda bunun Rusiya və separatçıların bir daha Minsk razılaşmasını pozmağa cəhd göstərməsinə sübut olduğu bildirilir.

Ukrayna ordusuyla rusiyapərəst separatçılar bir-birini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.