«Sima» mükafatları təqdim olundu

«Sima» Teatr Mükafatının təqdimatı

-

Dövlət Gənc Tamaşaçılar Teatrın 87-ci teatr mövsümünə yekun vurub.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, mövsümün bağlanışına həsr olunmuş yığıncaqda Teatr və ASSITEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi «Sima» mövsümi Teatr Mükafatı sahiblərinə təqdim olunub.

Münsiflər heyətinin qərarına əsasən, nominasiyalar üzrə «Ən yaxşı tamaşa» Hüseynbala Mirələmovun «Miras»,«Ən yaxşı rejissor işi» (böyük tamaşaları üzrə) Kalmıkiya Respublikası B.Basangov adına Milli Dram Teatrının bədii rəhbəri Boris Mandzhiev, «Ən yaxşı rejissor işi» (uşaq tamaşaları üzrə) Nicat Kazımov, «Mövsümün seçilən aktyoru» (böyük tamaşaları üzrə) Yasin Qarayev, «Mövsümün seçilən aktrisası» (böyük tamaşaları üzrə) Leyli Vəliyeva, «Mövsümün seçilən aktrisası» (uşaq tamaşaları üzrə) Roza İbadova, «Mövsümün seçilən aktyoru» (uşaq tamaşaları üzrə) Anar Seyfullayev, «Ən yaxşı rəssam işi» Elşən Sərxanoğlu, «Şərəf və ləyaqət» teatrın direktoru Mübariz Həmidov, «Teatrın dostu» Cəfər Namiq Kamal seçilib.

Qaliblərə xüsusi priz, diplomlar və pul mükafatları təqdim edilib.

Mükafatlandırma mərasimindən sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.

Teatr 88-ci teatr mövsümünü bu il sentyabrın 18-də saat 19.00-da Ə.Haqverdiyevin «Xortdanın cəhənnəm məktubları» tamaşası ilə başlayacaq.