Dövlət Statistika Komitəsi bildirir ki, iyun ayında istehlak bazarında qiymətlər may ayına nəzərən 1,1 faiz aşağı düşüb.
Rəsmi statistikaya görə, deflyasiya apreldən başlayıb. Bunadək fevral ayında manatın məzənnəsinin dollara nisbətən 34 fazi aşağı düşməsi nəticəsində qiymətlər müvafiq olaraq 4 faiz (fevral) və 0,9 faiz (mart) bahalaşmışdı.
Müşahidələrə görə, iyunda mövsümi amillərlə bağlı ərzaq və kənd təsərrüfatı mallarının pərakəndə satış qiymətləri 2,7 faiz azalıb. Ay ərzində qeyri-ərzaq mallarının və xidmətlərin qiymətləri orta hesabla sabit qalıb.
Ümumiyyətlə, ilin birinci yarısında əvvəlki ilin eyni dövrü ilə müqayisədə istehlak bazarında qiymətlər 3,5 faiz, o cümlədən ərzaq – 5,5 fazi, qeyri-əqzaq malları – 2,8 faiz, xidmətlər – 1,3 faiz bahalaşıb.