Daha bir arayışı elektron almaq olacaq

Foto illüstrasiya

-

Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə arayış elektron qaydada veriləcək.

Elektron xidmətin icraçısı qismində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi çıxış edir.

Xidmətdən yararlanmaq istəyən istifadəçi ərizə formasını (Əlavə №1) elektron xidmətin təqdim edildiyi internet ünvanından (www.mia.gov.az) yükləyərək doldurmalı və elektron poçt ünvanına (info@mia.gov.az, info@dyp.gov.az) göndərməli olacaq.

Prosedura əsasən, istifadəçinin ərizəsində göstərilən məlumatlar informasiya-axtarış bazasının məlumatları əsasında yoxlanıldıqdan sonra müvafiq arayış (Əlavə №2) tərtib olunur. Sənəd DİN BDYPİ-nin Müayinə Mərkəzinin və ya ərazi aidiyyəti üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

Sorğu qeydiyyata alındığı tarixdən 1 iş günü ərzində icra olunur.

Sorğunun nəticəsində tərtib olunmuş arayışın skan edilmiş surəti, həmçinin arayışın əslinin verilməsinin tarixi, vaxtı və yeri barədə məlumat istifadəçinin elektron poçt ünvanına göndərilir.