Avrozona maliyyə nazirləri toplaşır

Foto arxiv

Avrozona ölkələrinin maliyyə nazirləri iyulun 16-da telekonfransla bir neçə günlük borc faizlərini ödəmək üçün 7 milyard avroluq planı müzakirə edəcəklər.

Avropa Mərkəzi Bankının direktorlar şurası isə Frankfurtda Yunanıstan banklarının iflasdan xilas yollarını müzakirə edəcəklər.

Yunanıstan bankları iyunun 29-dan bağlıdır və gün ərzində bankomatlardan 60 avro çıxarıla bilər.

Yunanıstan parlamenti iyulun 15-də ticarətdə verginin artırılması və pensiya islahatları da daxil olmaqla kəskin iqtisadi islahatlar planını qəbul edidib.

Bunun əvəzində Yunanıstana 86 milyrad avroluq yeni xilas paketi ayrılması nəzərdə tutulur.

Bundan əvvəl sərt iqtisadi islahatlara qarşı çıxan Tsipras bu tələbləri qəbul etməkdən başqa yolu olmadığını deyib.