İsveçrə FİFA rəsmisini ABŞ-a verib.
Federal Ədliyyə İdarəsinin məlumatına görə, adı çəkilməyən rəsmi iyulun 15-də ABŞ polisinə təhvil verilib.
Həmin şəxs mayın 27-də Sürixdə keçirilən reyd zamanı həbs olunan 7 nəfərdən biridir.
Qalan 6 nəfər isə ekstradasiya olunmalarına etiraz edir.
Onlar rüşvətxorluqda ittiham olunurlar.
Həmçinin İsveçrə prokurorluğu 2018 və 2022-ci il dünya çempionatlarına ev sahibləri seçilərkən mümkün maliyyə pozuntularını araşdırır.
2018-ci ildə çempionat Qətərdə, 2022-ci ildə isə Rusiyada keçirilməlidir.